13 yanvar 2021, 18:13

Pərviz Əkbərli və Müşviq Həsənovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi və Azərbaycan xalqını şanlı zəfər münasibəti ilə təbrik edirik. 44 günlük müharibə Azərbaycanın müasir güclü orduya və sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bir daha göstərdi.

Bilirik ki, qısa müddət sonra Qarabağ böyük tikinti meydançasını xatırladacaq. Sizin rəhbərliyinizlə aparılan işlər nəticəsində Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada inkişaf getməsin. İndi Qarabağın azadlığa qovuşan bölgələri də sürətlə inkişaf edərək həm çiçəklənəcək, həm də ölkəmizi daha da gücləndirəcək.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin yeni hava limanının layihələndirilməsi və tikintisi haqqında tapşırıqlarınız bu gözəl günlərə inamı daha da artırdı.

Kəndimizin sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əkbərli Pərviz Şəfa oğlu,

Həsənov Müşviq Tahir oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, İkinci Mahmudlu kəndi.