Güldadaş Bayramov və Fariz Veysəlovdan, Astara, Azərbaycan
Text size
13 yanvar 2021, 16:48
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
44 günlük müharibədə qazandığımız möhtəşəm Qələbə bütün xalqımızın və bizi sevənlərin ürəyincədir. Siz hər zaman xalqımızın – böyükdən kiçiyədək hər kəsin qayğısına qalmısınız. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” şüarınız bizim qürur mənbəyimizdir.
Hörmətli Prezidentimiz, belə bir çətin dövrdə Astara rayonu Pensər kəndində bağçaya gedən yolun təmirinə görə bütün astaralılar adından Sizə minnətdarlığımızı bildiririk.
Uca Yaradan Sizi qorusun!
Hörmətlə,
Bayramov Güldadaş Ağadadaş oğlu,
Veysəlov Fariz Rufulla oğlu.
Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.