13 yanvar 2021, 15:15

Xaləddin Babayev və başqalarından, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün biz doğma Qarabağ torpaqlarımızı düşmən tapdağından azad etmişik. Buna görə Sizə sonsuz minnətdarıq.

İnanırıq ki, Sizin rəhbərliyiniz altında Qarabağımızın hər bir guşəsini yenidən qurub yaradacağıq. İşğaldan azad etdiyimiz bütün ərazilərimizi abad və gözəl diyarlara çevirəcəyik.

Füzuli rayonunda qısa müddət ərzində beynəlxalq hava limanının tikintisi ilə bağlı tapşırıqlarınız bizləri çox sevindirir. Buna görə Sizə öz təşəkkürümüzü bildiririk.

Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Babayev Xaləddin,

Qurbanov Rafiq,

Abbasov Anar,

Quliyev Pənah.

Azərbaycan Respublikası, Füzuli rayonu.