13:23
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir.
24 aprel 2024, 13:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Hörmətli cənab Prezident.
Böyük Qələbə münasibətilə Sizi ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın işğal edilmiş 20 faiz ərazisi 30 ildən sonra azad edildi. Bu, Azərbaycanın ən yeni tarixində çox əlamətdar hadisə oldu. Bu hadisə Azərbaycan xalqının öz torpağında yaşamaq və işləmək niyyətini göstərdi. Ölkənizdə yüzdən çox millətin, o cümlədən yəhudi xalqının nümayəndələri - dağ, gürcü, rus yəhudiləri böyük bir ailə kimi yaşayır.
Bu Böyük Qələbə Sizin yorulmaz əməyiniz sayəsində uzun illər ərzində formalaşmış mükəmməl xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, həmçinin Azərbaycanın bütün əhalisinin birlik və bərabərliyinin nəticəsidir.
Hörmətli cənab Prezident, yorulmaz fəaliyyətiniz, böyük qətiyyətiniz ilə Siz nəinki müqəddəs torpaqlarınızın düşmən işğalından azad olunmasını təmin etmisiniz, həmçinin atanız, Azərbaycanın böyük oğlu Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş prinsiplərə sədaqəti sübuta yetirərək dünyada həqiqəti və ədaləti bərpa etmisiniz.
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 1999-cu ildə Nyu-Yorkda yaradılmış və Şimali Amerikada yüzdən çox təşkilat və dini icmanı birləşdirən çoxprofilli təşkilatdır.
Uzun illərdir ki, biz ölkənizin Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edərək Azərbaycan ilə ABŞ arasında xalq diplomatiyasının inkişafında iştirak edirik. Xüsusilə 2012-ci ildə Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın Nyu-Yorkda qastrolları olub. 2020-ci ildə bizim icma, Konqresimizin idarə heyətinin üzvləri Azərbaycanın parlament seçkilərində müstəqil ekspertləri kimi iştirak ediblər, Buxara yəhudiləri bir müddət Bakıda yaşayıb, onların bəziləri hətta yəhudi qəbiristanlığında dəfn olunublar.
Bizim xalqımız Azərbaycanın musiqi mədəniyyətinə, o cümlədən bəstəkar Üzeyir Hacıbəylinin, xanəndə Xan Şuşinskinin yaradıcılığına böyük sevgi ilə yanaşır. Kinodramaturq Rüstəm İbrahimbəyovun, rəssam Abbas Kazımovun, bəstəkar Qara Qarayevin, müğənni Rəşid Behbudovun əsərləri bizim üçün böyük dəyərdir.
2016-cı ildə Nyu-Yorkda “İntibah” buxara-yəhudi teatrının səyləri ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası səhnəyə qoyulub. Bizim şairimiz İlyas Mallayev təkcə tarçı-virtuoz deyil, o, həmçinin Füzuli dilində şerlər yazıb. Müğənnilərimiz - Özbəkistanın Xalq artisti Məhəbbət Şamayeva, Tamara Katayeva ABŞ-da, Avstriyada, İsraildə və Kanadada böyük müvəffəqiyyətlə məşhur Azərbaycan mahnıları ifa edirlər. Azərbaycanın ictimai həyatı və mədəniyyəti, həmçinin onun qəhrəman övladlarının nailiyyətləri barədə doğru məlumatlar icmamızın “The Bukharian Times” qəzetində dərc edilir.
Zati-aliləri, cənab Ali Baş Komandan bir daha Sizi, qardaş Azərbaycan xalqını, şanlı Azərbaycan Ordusunun şəxsi heyətini tarixi Qələbə münasibətilə təbrik edirəm.
Azərbaycanın qələbəsi xəbərinin ölkənin Bayraq Gününə təsadüf etməsi rəmzi məna daşıyır. Qoy, Azərbaycanın üçrəngli bayrağı bütün regionda sülhün dayağı olmuş müstəqil, güclü, qonaqpərvər və səmimi, multietnik və çoxkonfessional Azərbaycanın bütün ərazisində daim dalğalansın!
Hörmətlə,
Boris Kandov
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir.
24 aprel 2024, 13:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...
24 aprel 2024, 13:04Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli...
24 aprel 2024, 13:00Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:48