Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydilidən

30 noyabr 2020, 18:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Hələb şəhərindən olan azərbaycanlı, türkəm. İmadəddin Nəsiminin övladları olaraq, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi və Sizin komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi ürəkdən təbrik edirik. Siz Azərbaycan dövlətinin və xalqının, bütün türk dünyasının qürurusunuz.

Biz - ölkə hüdudlarından kənarda yaşayan hələbli türklər sevinirik ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrimizin işğal altında olan Qarabağ torpaqlarını qanı və canı bahasına necə işğaldan azad etdiyini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. 27 ildən artıq sürən amansız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Hər dəfə Allaha dua edirdik və bundan sonra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində duran hərbçilərimizi pənahında saxlasın, qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Muxtar Fatih Beydili,

Türkmən Həkimləri Dərnəyinin sədri

Türkiyə Respublikası, İzmir şəhəri

SƏNƏDLƏRSərəncamlar14 oktyabr 2021
14:20
Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluş...

14 oktyabr 2021, 14:20
SƏNƏDLƏRSərəncamlar13 oktyabr 2021
14:35
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurul...

13 oktyabr 2021, 14:35
SƏNƏDLƏRQanunlar12 oktyabr 2021
15:40
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşki...

12 oktyabr 2021, 15:40