Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvlərindən

28 noyabr 2020, 16:40

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli Prezident və cənab Ali Baş Komandan.

Moldova Azərbaycanlıları Konqresi Azərbaycan xalqını və onun lideri kimi şəxsən Sizi Ermənistanla müharibədə parlaq Qələbə və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması münasibətilə təbrik edir.

2020-ci il noyabrın 8-i Qarabağ münaqişəsinin tarixində dönüş anı oldu. Şuşada baş verən hadisələr sübut etdi ki, regionda qüvvələrin ədalətli tarazlığının bərpası və Azərbaycan Ordusunun aşkar üstünlüyünün təsdiqlənməsi zaman məsələsidir. Həqiqətən də həmin zaman yetişdi.

Azərbaycan işğalçıların anlaya biləcəyi dildə - güclü müqavimət və qəhrəmanlıqlar dilində danışmağa başladı. Sizin rəhbərliyinizlə hərbi əməliyyatların aparılması üçün seçilmiş düzgün taktika və Azərbaycan döyüşçülərinin Vətənin mənafeyinə fədakarcasına xidmət etmələri sentyabrın 27-dən bəri hamımızın gözlədiyimiz uğurla nəticələndi.

Erməni ordusunun ardıcıl məğlubiyyətləri kulminasiya nöqtəsinə çatdı – işğalçı kapitulyasiyaya məcbur oldu.

Biz tarixin ölkəmiz üçün bu çətin dövründə Sizin fəaliyyətinizə heyran olduğumuzu bildiririk. Biz həm də ölkəmiz uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlara görə Sizin və bütün Azərbaycanın hədsiz kədərinə şərikik.

Öz doğmalarının və yaxınlarının sağlamlığı naminə canlarından keçən igid döyüşçülər yetişdirmiş ailələr Azərbaycanın tarixində əbədi qalacaq. Şəhidlərin xatirəsinə ən yaxşı mükafat Qələbə oldu.

Şuşa şəhərinin azad olunması Ordumuzun hərbi və psixoloji üstünlüyünü təmin etdi. Ermənilər məğlub edildi və biabırçı şəkildə uduzaraq Azərbaycanın tarixi torpaqlarından qovuldu. Qarabağın bütün yaşayış məntəqələri bizimdir!

Biz Azərbaycanın sülhü təmin edəcəyi günü səbirsizliklə gözləyirdik. Buna görə də qəti qələbə və vahid Azərbaycanın sabit gələcəyi barədə xoş xəbəri Sizin dilinizdən böyük sevinclə eşitdik. Sizi və bütün Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edirik.

Hörmətlə,

Moldova Azərbaycanlıları Konqresinin Şurası adından

Elçin Bayramov, sədr

Ramil Adıgözəlov

Marif Berqan

Zamin Bayramov

Zamir Qubadov

Aynurə Əbdülrəhimova

Mahizər Məmmədova

Ramiz Ənsərov 

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10