25 noyabr 2020, 10:00

Xədicə Həziyevadan, Füzuli, Azərbaycan

Hörmətli Prezidentimiz cənab İlham Əliyevə.

Cənab Ali Baş Komandan, Sizi, Müzəffər Ordumuzu və xalqımızı Qələbə münasibətilə təbrik edirik. Sizin dahi siyasətiniz nəticəsində yaşadığım, böyüyüb boya-başa çatdığım Füzuli şəhəri işğaldan azad olundu. Bununla yanaşı, işğal altında olan bütün torpaqlarımızı yağı düşməndən azad etdiniz. Sizin və Şanlı Ordumuzun sayəsində Azərbaycan tarixi yenidən qızıl hərflərlə yazıldı. Dahi sərkərdəmiz, Sizinlə qürur duyuruq. Bir sərhədçi anası kimi oğlum da Vətənimizin hər zaman keşiyindədir. Sizin hər zaman əmrinizə tabedir. Biz inanırdıq ki, gün gələcək dahi şəxsiyyət Heydər Əliyevin oğlu İlham Əliyev işğal altında olan torpaqlarımızda qələbə çalacaq. Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən Füzuli rayon 35 nömrəli tam orta məktəbdə müəllim işləyirəm. İnşallah, azad olunan torpaqlarımızda da canla-başla Vətən üçün vətənpərvər ruhda şagirdlər yetişdirməyə hazıram. O günü səbirsizliklə gözləyirəm. Yaşasın Ali Baş Komandan! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Var olsun Azərbaycan Xalqı!

Hörmətlə,

Həziyeva Xədicə Turab qızı.

Azərbaycan Respublikası, Füzuli rayonu, Seyidmahmudlu kəndi, Yeni Bəhrəmtəpə qəsəbəsi.