25 noyabr 2020, 10:23

Tunar Şükürlüdən, Ağdam, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Biz qarabağlı olaraq Sizə ailəmiz və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Mən Ağdamı görməyən ağdamlıyam. Amma elə bilirəm ki, oranı görmüşəm. Mən ata-baba yurdum olan Ağdamın Şıxbabalı kəndinə qayıtmağı səbirsizliklə gözləyirəm. Sizə çox minnətdaram ki, bizim yurd yerlərimizi özümüzə qaytardınız.

Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir, qürur duyur.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Şükürlü Tunar Zaur oğlu, şagird.

Azərbaycan Respublikası, Ağdam şəhəri.