25 noyabr 2020, 10:34

Tapdıq Rəcəbovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətiniz, qətiyyətli iradəniz sayəsində və müzəffər Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda tarixə qızıl hərflərlə yazılan bu parlaq hərbi və siyasi Qələbə münasibətilə Sizi övladlarım, nəvələrim və şəxsən öz adımdan ürəkdən təbrik edir, dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxr edirik ki, Sizin kimi əvəzolunmaz bir Liderimiz var. Allah Sizi və yenilməz Ordumuzu qorusun!

Hörmətlə,

Rəcəbov Tapdıq, əmək veteranı.

Azərbaycan Respublikası, Şəki şəhəri.