25 noyabr 2020, 10:42

Nəhmət Mirzəyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Mənim 56 yaşım var. Mən böyük Qələbə münasibətilə ailəm və şəxsən öz adımdan Sizə sonsuz təşəkkürümü bildirirəm. Doğma Qarabağı azad etməklə Siz 30 illik həsrətimizə son qoydunuz, bizim inamımızı, vüqarımızı özümüzə qaytardınız. Sizə çox minnətdarıq. Sizinlə qürur duyuruq. Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin.

Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mirzəyev Nəhmət

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sərhədabad kəndi.