30 oktyabr 2020, 12:48

Aydın Cəfərovdan, Göygöl, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram, Vətən uğrunda döyüşən əsgərlərimizə uğurlar diləyirəm.

Sizin adınız tarixə qızıl hərflərlə yazıldı. Çox çətin və ağır bir işin öhdəsindən layiqincə gəlməkdəsiniz. Sizin Ali Baş Komandanı oluğunuz Azərbaycan Ordusu cəbhədə düşmənə sarsıdıcı zərbələr endirir, ölkəmizi qələbədən qələbəyə daşıyır. Bunun arxasında çox böyük zəhmət, müdrik addımlar, dərin strateji düşüncə dayanır. Çox şadıq ki, bütün bunları özündə cəmləşdirən Sizin kimi Prezidentimiz var.

Allah yolunuzu açıq etsin!

Hörmətlə,

Aydın Cəfərov

“Yastıbulaq” fermer təsərrüfatının rəhbəri

Azərbaycan Respublikası, Göygöl rayonu.-0-