30 oktyabr 2020, 12:43

Mələk Cəfərovadan, Abşeron, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizə bu məktubu yazan 70 yaşlı ağbirçək anadır. Bu yaşımda məni sevindirdiyiniz üçün Sizə təşəkkürlərimi bildirirəm. Sentyabrın 27-dən indiyədək gözümü televizordan çəkə bilmirəm. Sizin çıxışlarınızı izləyir, hər dəfə də sevincdən göz yaşlarımı saxlaya bilmirəm. Hamımızın ürəyindən keçən fikirləri Siz öz müsahibələrinizdə və çıxışlarınızda diqqətə çatdırırsınız. Bir-birinin ardınca alınan hər qarış torpağımıza görə Sizə və şanlı Ordumuza minnətdarıq. Sizlərə duaçıyıq. Allah Sizi və igid əsgərlərimizi qorusun!

Biz inanırıq ki, hər şey əvvəlkindən daha gözəl olacaq.

Ən yeni tarix yazan Sərkərdə, tarixiniz mübarək!

Sonsuz sevgi və sayğılarla,

Mələk Cəfərova

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.-0-