Ədalət Hüseynovdan, Şəmkir, Azərbaycan
Hörmətli cənab Prezident.
Xalqımıza verdiyiniz xoş xəbərlərə, Milli Ordumuzun düşmən üzərində qazandığı böyük qələbələrə görə Sizə təşəkkür edirəm. Bizə sevinc hissləri bəxş etdiyiniz üçün Sizə və bütün əsgərlərimizə minnətdarıq. Allah Sizi və Ordumuzu qorusun! Zəfərləriniz davamlı olsun, İnşallah!
İnanırıq ki, tezliklə bütün doğma torpaqlarımız işğaldan azad olunacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir.
Sizə “Qarabağ Azərbaycandır!” şeirimi təqdim edirəm.
Babam Şah İsmayıl arzu edibdi
Vətəni qoruyan ərlər yetişsin.
Deyirəm Şah baba, ruhun şad olsun
İstədiyin ərlər artıq yetişdi.
İlham Heydər oğlu, Ali Komandan
Əmr edib, verməyin düşmənə aman.
Şəhid versəniz də, qovun onları,
Hələ tanımırlar Azərbaycanı.
Münaqişə uzandıqca, uzanır
Dedilər ki, bura Ermənistandır.
Bu söz Sərkərdəni cuşa gətirdi
Əmrimi yerinə yetirin, dedi.
Vətənin parçası Dağlıq Qarabağ
Bizimkidir, bizimki də olacaq.
Biz yenə də humanistlik edirik,
Xoşluq ilə çıxın gedin deyirik.
Qonaq gəlib bizlə birgə yaşayan,
Haylar şərik çıxır Ana torpağa.
Ali Baş Komandan təklif eyləyir.
Xoşluqla torpaqdan çıxıb getməyir.
Azərbaycan hara, erməni hara,
Onlar arxalanıb havadarlara.
Vətəni canından əziz tutanlar
Naxələf qonağa zərbə vururlar.
Zəmanənin Şah İsmayılı İlham
Qovur bu itləri torpaqdan tamam.
Şah babanın ruhu üstümüzdədir
Ermənilər bilsin zəfər bizdədir.
Şanlı Ordumuzun əsgərləri
Qoymayır uzansın namərd əlləri.
Düşməni yerində oturduruq biz
Var olsun – deyirik Prezidentimiz.
Bayrağımız dalğalansın Şuşada,
Qubadlıda, Kəlbəcərdə, Ağdamda,
Zəngilanda, Füzulidə, Laçında,
Xankəndidə qələbəni qeyd edək.
Qarabağ incidir, Azərbaycandır!
Ürəyimiz birdir, heç ayrılmazdır.
Düşmənin gözünə batan iynələr
Bizimki olubdur, yenə bizimdir!
Hörmətlə,
Ədalət Hüseynov
Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəm kəndi.-0-