30 oktyabr 2020, 12:36

Tehran Heydarovdan, Füzuli, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Mən bu müharibənin ağırlığını öz çiyinlərində daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün əsgərlərinə, həmin əsgərləri döyüşə qaldıran komandirlərimizə, açıq döyüş meydanında canlı qüvvə və hərbi texnikaların hərbi nizamnaməyə uyğun idarə olunmasında xüsusi xidməti olan zabit və generallarımıza, Ermənistan silahlı qüvvələrinin mühəndis istehkam xəttinin yarılmasında xidməti olan Ordumuza və ən əsası Ermənistan respublikasının dövlətçiliyini beynəlxalq aləmin gözü qarşısında heçə endirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür və minnətdarlığımı bildirirəm.

Mən əminəm ki, yüksək döyüş qabiliyyətinə malik olan rəşadətli Ordumuz tezliklə işğal altında olan Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda və Xankəndidə ay-ulduzlu üçrəngli Bayrağımızı dalğalandıracaqlar. Vətənini, Bayrağını, dövlətini və xalqını sevən Azərbaycan Ordusunun əsgərləri açıq döyüş meydanında erməni əsgərlərini tərksilah etməklə onları Azərbaycan xalqı qarşısında diz çökdürəcəklər və Ermənistanın bayraqlarını Azərbaycan xalqının ayaqları altına atmaq kimi müqəddəs bir işin öhdəsindən layiqincə gələcəklər.

Allah Sizi və müzəffər Ordumuzu qorusun!

Hörmətlə,

Tehran Heydarov

II qrup hərbi əlil

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz kəndi.