30 oktyabr 2020, 12:32

Zəkiyyə Baxşaliyevadan, Tərtər, Azərbaycan

Müzəffər Ali Baş Komandanımız.

Mən Sizinlə qürur duyuram, nə yaxşı ki, Sizin kimi müdrik dövlət başçımız var. Qeyd etmək istəyirəm ki, şanlı Ordumuzun qızğın döyüşlərə başladığı gündən könüllü olaraq Tərtər rayon Mərkəzi Xəstəxanasında təmannasız tibb bacısı kimi xidmət etməyə başlamışam. Lakin tibb təhsilim olmadığından oradan kənarlaşdırıldım.

Cənab Prezident, bu gün mən də bir vətəndaş kimi döyüşlərdə şücaət göstərən əsgərlərimizə hər hansı bir köməyim dəyməsini özümə borc bilirəm. Azərbaycan Silahlı Qüvvələri sıralarına qəbul olunaraq Azərbaycan əsgəri olmaqdan ötrü səbirsizliklə əmrinizi gözləyirəm.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandanımız!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zəkiyyə Baxşaliyeva

Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.