30 oktyabr 2020, 12:28

Zaur Cəfərovdan, Qubadlı, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Qubadlı şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi xəbərinə o qədər sevindim ki, heç idman sahəsində qazandığım uğurlara görə bu qədər sevinib, qürurlanmamışdım. 2019-cu ildə Finlandiyada ermənilərin də iştirak etdiyi Dünya çempionatında ən yüksək nəticə göstərərək qalib oldum, əlimdə üçrəngli müqəddəs Azərbaycan Bayrağı ilə fəxri kürsüdə məğlub etdiyim erməni ilə üz-üzə gəldim. Sözün bitdiyi an idi. Gözlərim dolmuşdu, bir tərəfdən uğur qazanmağımın sevinci, digər tərəfdə yaralı Qarabağımız. Bir gözümlə ağlayır, bir gözümlə gülürdüm. Erməniyə dedim ki, bu qisas qiyamətə qalmayacaq. Siz ermənilər hər sahədə bizə məğlub olmusunuz. Biz Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Nəhayət əmr verildi, biz onlara yerlərini göstərdik.

Cənab Prezident, dildə ifadə edə bilməyəcəyimiz sevinclərə görə Sizinlə fəxr edirik. Son nəfəsimizə kimi bizim Ali Baş Komandanımız, Prezidentimizsiniz.

Yaşasın Azərbaycan! Yaşasın İlham Əliyev! Yaşasın Mehriban Əliyeva!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zaur Cəfərov

4 qat Dünya və Avropa çempionu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Əliquluuşağı kəndi.