30 oktyabr 2020, 12:26

Seynur Əsgərlidən, Bakı, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sentyabrın 27-dən indiyədək torpaqlarımız uğrunda gedən döyüşlərdə qazandığınız uğurlara, bu yolda göstərdiyiniz cəsarət və fədakarlığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Fəxrimizsiniz, cənab Prezident. Sizinlə və Ordumuzla qürur duyuram. Bir əsgər olaraq hər zaman əmrinizə hazıram.

Azərbaycan Ordusunun tezliklə Qələbə bayrağını Şuşada dalğalandıracağı, tarixi ədalətin bərpa ediləcəyi günü səbirsizliklə gözləyirik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Seynur Əsgərli

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.