30 oktyabr 2020, 12:24

Məhəbbət Rəcəbovadan, Ağdaş, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Azərbaycanımızın xilaskar oğlu, əzizimiz, canımız İlham Heydər oğlu Əliyev, bizlərə sevinc və fərəh dolu anlar yaşatdığınız üçün Sizə öz adımdan, təhsil işçiləri və bütün ağdaşlılar adından təşəkkür edirəm. Göydə Allahımız, yerdə isə Sizin və güclü Ordumuzun köməyilə Qarabağımıza qovuşuruq.

Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli Ordumuzun bütün əsgər və zabit heyətinə cansağlığı və böyük uğurlar diləyirik.

Allah Sizi, ailənizi və Ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məhəbbət Rəcəbova

Azərbaycan Respublikası, Ağdaş şəhəri.