30 oktyabr 2020, 11:20

Nuridə Əfqanlıdan, Abşeron, Azərbaycan

Hörmətli Prezidentim, müzəffər Ali Baş Komandanım.

Mən Xocalı rayonunun ziyalıları adından Sizinlə və rəhbərliyiniz altında torpaqlarımızı erməni qəsbkarlarından xilas edən müzəffər Azərbaycan Ordusu ilə fəxr edirik.

Cənab Prezident, Siz müdrik atanın yenilməz, natiq oğlusunuz, Allah Sizi qorusun!

Azərbaycan xalqı Sizin ətrafınızda birləşərək vahid gücə çevrilib. Fəxr edirəm ki, dövlət, xalq və ordu bu günlər yekdil və həmrəydir. İnanırıq ki, yaxın günlərdə rəhbərliyinizlə üçrəngli bayrağımız Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda dalğalanacaq.

Müzəffər Ali Baş Komandanım, mən Sizi və Ordumuzu bu şanlı, tarixi zəfər münasibətilə təbrik edir, Sizə və ordumuza həsr etdiyim kiçik şeiri ərməğan edirəm:

Prezidentim var olsun! Səriştəli, savadlı,

Ali Baş Komandandır, Xətai tək vüqarlı.

Ərəndir, ər oğuldur, zəfərin bayraqdarı,

Dövr birləşdirib milləti, xalqı, yarı.

Bir qarış torpağı vermərik biz yağıya,

Biz zəfər şalacağıq, Qarabağ Azərbaycandır!

Qarabağ Vətənimdir, Xocalı, bax, canımdır!

Can bədəndən ayrılmaz, Azərbaycan canımdır!

Ağ bayrağı qaldırıb, Paşinyan təslim olsun!

Tazı kimi qaçırlar, bax, onlara ar olsun.

İbrət alsın Paşinyan İlham kimi oğuldan

Görsün, bizim analar necə oğul doğurlar,

Ana Vətən uğrunda, anaların yolunda.

Qarabağ torpağını qanlarıyla yuyurlar.

Biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır!

Qarabağ Vətənimdir, Xocalı, bax, canımdır!

Can bədəndən ayrılmaz, Azərbaycan canımdır!

Biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır!

Qarabağ Vətənimdir, Xocalı, bax, canımdır!

Azərbaycan əsgəri, vuran əl, qanadımdır!

Otuz illik bir həsrət bəsdir, ayağa qalxdıq,

İşğaldakı yurduma zəfər bayrağı sancdıq.

Bax, bu gün zəfər çalan ərənim, igidlərim!

Haydı müzəffər ordum, bir irəli gedəlim!

Müzəffər yürüşünə qurban olum ay ordum!

Zəfərinlə bu gün özümə yuva qurdum.

Qayıdacam yurduma, o sönmüş ocağıma,

Sənlə qoşa o yurdda yandıracam odumu,

Ordu xalqla həmrəydir, xilas edək yurdumu,

Biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır!

Qarabağ Vətənimdir, Xocalı, bax, canımdır!

Can bədəndən ayrılmaz, Azərbaycan canımdır!

Tanıyacam dostumu, naxələf düşmənimi,

Düşmən saxlaya bilməz bu yoldan səni, məni.

Sancarıq bayrağımı Xocalıda, Şuşada,

Biz oddan doğulmuşuq, yurd üçün yanaq oda.

Vətən unutmaz səni, dar məqamda yetiş dada

Xocalı qırğınını təkrar-təkrar sal yada,

Biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır!

Qarabağ Vətənimdir, Xocalı, bax, canımdır!

Can bədəndən ayrılmaz, Azərbaycan canımdır!

Yaşasın Azərbaycanım!

Yaşasın Ali Baş Komandanım!

Yaşasın Milli Ordum!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nuridə Əfqanlı

Xocalı rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Abşeron rayonu.