30 oktyabr 2020, 11:11

Baba Dadaşovdan, Bakı, Azərbaycan

Əziz Prezidentim, müzəffər Ali Baş Komandanımız.

İnsan öz güzaranını qurmag istəyəndə ilk evindən, həyət-bacasının abadlığından başlayır. Ölkəmizin abadlaşması, hərtəfli inkişafı, əslində, bu günlərin təməli idi.

Bu gün haqq yolunda qazandığımız qələbələrimiz Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Qələbələrə görə çox sağ olun. Allah Sizə qüvvət versin.

Vətən uğrunda şəhid olan qardaşlarımıza, körpələrimizə görə çox üzülürəm. Allah hamısına rəhmət etsin.

Hərb tarixində əbədi möhürünü vuran Ali Baş Komandanım, Allah Sizə və Ordumuza kömək olsun.

Mən fəxr edirəm ki, Sizin kimi güclü siyasəti, qətiyyətli mövqeyi olan Komandanım var.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Baba Dadaşov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.