30 oktyabr 2020, 11:06

Murad Salahovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Apardığınız uğurli diplomatik və hərbi siyasətiniz, qazanılan qələbələr bizi çox sevindirir və qürurlandırır.

Atam və qardaşım Qarabağ müharibəsində özünü müdafiə dəstələrində döyüşüb, qardaşım şəhid olub. Mən bugünkü Vətən müharibəsində ön cəbhəyə yollanmaq, qardaşımın qisasını almaq arzusu ilə yaşayıram.

Müzəffər Ali Baş Komandan, Tanrı Ordumuzu qorusun! Allah Sizi var eləsin! Əminəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və Sizin sayənizdə hamımız birlikdə Qarabağda zəfər çalacağıq.

Yaşasın Azərbaycan!

Hörmətlə,

Murad Salahov

Ağdam rayonundan məcburi köçkün, şəhid qardaşı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu