30 oktyabr 2020, 10:52

Mehman Məhərrəmovdan, Tovuz, Azərbaycan

Əziz Prezidentimiz, cənab Ali Baş Komandan!

Biz Sizi sevirik. Vətənimizin bu ağır günlərində əziz Rəhbərimizə güvənir, Sizə cansağlığı və daim belə mətin olmağınızı arzulayırıq. Çıxışlarınızı və müsahibələrinizi dinləyərkən Sizə və Qələbəyə olan inamımız daha da artır.

Əminik ki, Vətənimizin, xalqımızın taleyi etibarlı əllərdədir. Tezliklə doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına bütün qəlbimizlə inanırıq.

Azərbaycan və Türkiyə qardaşlığı daim və əbədi olsun, inşallah!

Yaşasın Azərbaycan, yaşasın Ordumuz, yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Məhərrəmov Mehman Cavad oğlu.

Azərbaycan Respublikası, Tovuz şəhəri.