29 oktyabr 2020, 13:33

Xanım Hacıyevadan, Zaqatala, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sizin ünvanınıza məktub yazıb dərin təşəkkür etmək özümə borc bildim və elə düşünürəm ki, indi Azərbaycanımızda hər bir kəs belə düşünür. Siz Azərbaycanımızın yeni tarixini yazırsınz. Elə bir tarix ki, bunu biz 30 il həsrətlə, ümidlə gözləmişik. Siz mənfur düşmənimiz olan ermənilərə döyüş meydanında verdiyiniz ədalətli, haqlı cavablara görə bütün Azərbaycan xalqının baş tacı oldunuz. Ürəklərdə taxt qurdunuz və sübut etdiniz ki, Sizin yolunuz haqq-ədalət yoludur. Biz Sizi alqışlayırıq. Biz Sizinlə qürur duyuruq, fəxr edirik. Allah Sizi qorusun. Allah Azərbaycan əsgərini qorusun.

Hörmətlə,

Xanım Hacıyeva

Zaqatala şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi

Azərbaycan Respublikası, Zaqatala şəhəri.