29 oktyabr 2020, 13:20

Rəziyyət Mirəliyevadan, Balakən, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Bir neçə gündür ki, işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alırıq və sevinc hissi keçiririk. Tarix bir daha sübüt edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Bir gənc olaraq qürur duyuram və fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Çətin və şərəfli işinizdə daim uğurlar arzulayıram. Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri!

Hörmətlə,

Rəziyyət Mirəliyeva

Azərbaycan Respublikası, Balakən rayonu.