29 oktyabr 2020, 13:06

Cavanşir Quliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bu gün bir azərbaycanlı, bir valideyn kimi çox sevinirəm. Çünki, Ordumuz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur, torpaqlarımızı işğaldan azad edir, eyni zamanda, Sizə ünvanladığım müraciətdən sonra oğlum işlə təmin olunmuşdur. Çox sağ olun ki, belə bir çətin vaxtda vətəndaşların sosial məsələlərinə də diqqət ayırırsınız.

Hörmətli cənab Prezident, Ulu Tanrı Sizi və Mehriban xanımı qorusun.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Cavanşir Quliyev

Azərbaycan Respublikası, Gəncə şəhəri, Kəpəz rayonu.