29 oktyabr 2020, 13:07

Abdin Məhərrəmovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyev siyasi kursunu bütün dövrlərdə müdafiə etmişəm. Azərbaycanda sabitlik və dayanıqlı inkişaf Sizin Heydər Əliyev siyasi kursuna sədaqətinizin və zəhmətinizin nəticəsidir. Prezident seçildiyiniz ötən müddət ərzində bütün sahələrdə nailiyyətlər qazanılması mümkün olmuşdur. Bu siyasətin uğur qazanmasında Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı olaraq xalqla aranızda yaranmış sarsılmaz birlik həlledici rol oynamışdır. Ulu Öndərimizin böyük zəhmət, dəmir iradə, sarsılmaz qətiyyət hesabına qurub-yaratdığı və uğur magistralına çıxartdığı Azərbaycan dövlətinə yeni mərhələdə onun layiqli davamçısı olaraq Siz yeni nəfəs vermisiniz. Ölkə rəhbəri seçiləndən bəri Azərbaycanın qət etdiyi möhtəşəm yol həm də ölkəmizin xoş sabahlarına möhkəm körpü rolunu oynamışdır. Uğurlar göz qabağında olduğundan tam əminliklə demək olar ki, Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin tərəfinizdən uğurla, inamla parlaq gələcəyə doğru addımlayan müstəqil dövlətdir. Sizin uğurlu fəaliyyətiniz həm də Azərbaycan xalqının lider seçiminin müdrikliyini və uzaqgörənliyini bir daha təsdiqləyir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması da xalqımızın hədsiz sevincinə səbəb olmuşdur. Mehriban xanımın ictimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, ölkə rəhbərinin siyasi kursuna dəstək verməkdir.

Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Sizin yürütdüyünüz siyasət xalqla dövətin sarsılmaz birliyinin nəticəsidir. Rəşadətli Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar hər birimizin qürur mənbəyinə çevrilmişdir. Bu rəşadətli ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Sizin qayğınız və diqqətiniz hesabına dünyanın sayılıb-seçilən orduları sırasına daxil olmuşdur. Məlumdur ki, xalqımız həm cəbhədə, həm də COVID-19 pandemiyasının yaratdığı fəsadlarla mübarizə aparır. Əldə olunan nəticələr Sizin müdrik siyasətinizə inamımızın daha da yüksəlməsinə səbəb olur. Ağsaqqal olaraq Sizi bir daha əmin edirəm ki, müdrik siyasətinizi bəyənir və hər zaman dəstəkləyirik.

Yaşasın müstəqil Azərbaycan!

Hörmətlə,

Abdin Məhərrəmov

Azərbaycan Respublikası, Lənkəran rayonu, Sütəmurdov kəndi.