29 oktyabr 2020, 13:05

Elxan Ərəblinskidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Tülkü kimi hiyləgər, canavar kimi vəhşi və qəddar, siçan kimi qorxaq, it kimi hürən, yaltaq, faşist əqidəli ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığınız qəti mübarizəniz bizi çox sevindirir. Düşmənin işğal olunmuş torpaqlarımızda mülki vətəndaşlara qarşı etdikləri vəhşiliklər, eləcə də Xocalı soyqırımı hər kəsə məlumdur.

Sizin illər boyu düzgün apardığınız daxili və xarici siyasətinizin nəticəsidir ki, xalq, dövlət, ordu bur yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbələr vurur. Əminik ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz 30 il işğalda olan torpaqlarımızı tam olaraq bu mənfur düşməndən azad edəcəkdir.

Xalqımız Sizin kimi qəhrəman oğlu ilə fəxr edir!

Sizə və şanlı ordumuza inanırıq. Siz bütün sahələrdə xalqın etimadını doğrultduğunuz üçün Azərbaycan Respublikasının ömürlük Prezidenti olmağa layiqsiniz!

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!

Bir qrup vətəndaşın adından hörmətlə,

Elxan Ərəblinski

Azərbaycan Respublikası, Bakı şəhəri.