Konqo Respublikasının Prezidenti Zati-aliləri cənab Deni Sassu-Nqessoya
Text size


07 mart 2012, 16:40
Hörmətli cənab Prezident,
Brazzavil şəhərindəki hərbi anbarda baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Konqo xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 mart 2012-ci il.