11 oktyabr 2020, 11:58

Fərhad Qaraşovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Cəbhədə qazanılmış uğurlara görə başda Siz olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Düşmənin həyata keçirdiyi sonuncu təxribata qarşı əmrinizlə başladılan əks-həmlə əməliyyatında Azərbaycan Ordusu artıq öz sözünü deyir. Ərazi bütövlüyümüzü təmin etmək və onu qorumaq üçün güclü Azərbaycan Ordusunun qurulması, peşəkar hərbçilərin yetişdirilməsi, yüksək texnologiyalı silahların alınması Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Mənfur düşmənə cavab olaraq səsləndirdiyiniz “Qarabağ Azərbaycandır!” ifadəsi böyük Qələbənin yaxın olduğunu bizə hiss etdirir.

Ulu öndər Heydər Əliyevin əmanət etdiyi siyasi əqidə, iradə, güc və liderlər arasında olan qətiyyətli mövqeyiniz xalqımızın əmin əllərdə olduğunun bariz sübutudur. İllərdir işğal altında inildəyən torpaqlarımızın azad olunması, öz yurd-yuvalarının həsrəti ilə yaşayan köçkünlərə sevinc göz yaşları bəxş etdi. Bu, Vətənimiz üçün yeni tarixin başlanğıcıdır. Əldə olunan zəfərlər bir daha subüt etdi ki, xalq Sizinlə güclüdür.

Cənab Ali Baş Komandan, xalqımız Sizin sayənizdə ölkəmizin qazandığı hər bir uğura sevinir. İnşallah, gələn il azad olunmuş tarixi Azərbaycan torpaqlarında nar ağaclarının çiçəklənməsini gözlərimizlə görəcəyik.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” (ANİİA) İctimai Birliyinin 345 üzvü adından

Fərhad Qaraşov

Sədr

Azərbaycan Respublikası, Bakı şəhəri.