16:00
Ukrayna Prezidenti Vladimir Zelenski İlham Əliyevə telefonla zəng edib
22 sentyabr 2020, 21:30Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Dövlət başçıları pandemiya ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar.
Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib.
Prezident İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.
Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər.
Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.
Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb.
16:00
18:40
Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf...
16 yanvar 2021, 18:4015:45
Lotereyaların və idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni ...
16 yanvar 2021, 15:4519:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edir, Zati-alinizə və ailənizə ən xoş arzularımı çatdırı...
15 yanvar 2021, 19:1018:01
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Əra...
15 yanvar 2021, 18:0118:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş əra...
15 yanvar 2021, 18:0017:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəx...
15 yanvar 2021, 17:5011:40
11:35
19:10
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (K...
14 yanvar 2021, 19:1019:08
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan ...
13 yanvar 2021, 19:0819:05
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi mə...
13 yanvar 2021, 19:05