17 sentyabr 2020, 18:30

Məmməd Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyiniz operativ qərarlar alqışa layiqdir.

Mənim 81 yaşım var. Dünyanın enişli, yoxuşlu, sevincli, kədərli günlərini çox görmüşəm. Bu gün hər bir vətəndaşın, xüsusilə də yaşlı insanların sağlamlığını, rifahını düşündüyünüzə görə Sizə bütün ağsaqqallar adından təşəkkür edirəm.

Siz hər zaman Azərbaycan vətəndaşını qorumusunuz, hər birimizə dayaq-dəstək olmusunuz. Prezident seçilərkən andiçmə mərasimində xalq qarşısında verdiyiniz hər bir sözə əməl etmisiniz. Daim xalqın qarantı oldunuz. Buna görə də xalq Sizi sevir.

Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən dövlətlərdən biri kimi nümunə göstərilir. Çünki Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görüldü, xalqın rifahı naminə mühüm addımlar atıldı.

Azərbaycan Sizin rəhbərliyinizlə bu çətin sınaqdan da alnıaçıq çıxmaqdadır. Əminəm ki, gələcəkdə də xalqa dağ kimi arxa duraraq onu qoruyacaq, Azərbaycanı yeni qələbələr zirvəsinə qaldıracaqsınız. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Məmməd Hüseyn oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.