17 sentyabr 2020, 16:00

Ənvər Əmiraslanovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəlcə Sizi özümün və ailəmin adından salamlayır və ehtiramımı bildirirəm.

Hörmətli cənab Prezident, yaşadığımız Qobu qəsəbəsində uzun illər yol problemi yaşanırdı. Qəsəbəmizin böyük problemlərindən olan yol məsələsi ilə bağlı verdiyiniz sərəncam hamımızı sevindirdi. Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir.

Xalqımızı rifahı istiqamətində gördüyünüz bütün işlərə görə Sizə və çox hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Ənvər Əmiraslanov

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu qəsəbəsi.