17 sentyabr 2020, 15:00

Bəhlul Ağazadədən, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil dövlətimiz bu gün Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində sürətlə inkişaf edir. Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür.

Ötən il Dağlıq Şirvan bölgələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı, Ağsu, İsmayıllı rayonlarına ziyan dəymişdi. Hər üç rayonun sakinləri çox narahat idi. Zəlzələ baş veren ərəfədə, eləcə də ondan sonrakı dövrdə biz Sizin diqqətinizi, qayğınızı gördük.

Möhtərəm cənab Prezident, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında bir neçə gün bundan əvvəl imzaladığınız sərəncam rayon sakinlərini sevindirmişdir. Sizə öz adımdan və rayon sakinlərinin adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Ağazadə Bəhlul Bariz oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu.