17 sentyabr 2020, 14:00

Vasif Nəsirov və başqalarından, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz vətəndaşlar Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Hamıya yaxşı məlumdur ki, Azərbaycan dövlətinin sosial siyasətinin təməlində ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması dayanır. Xüsusən pandemiya dövründə biz bunun bir daha şahidi olduq. Bütün istiqamətlərdə aparılan işlərlə yanaşı, özünüməşğulluq proqramı çərçivəsində əhalinin məşğulluğunun təmin olunması ilə bağlı tapşırıqlarınız minlərlə insanın həyatında köklü dəyişikliklər edib.

Biz də özünüməşğulluq proqramına qoşulmaq üçün müraciət edib qeydiyyata alınmışdıq. Qeydiyyata düşdükdən az zaman sonra bizimlə əlaqə yaradıldı, biz də özünüməşğulluq proqramına cəlb olunduq və seçdiyimiz aktivlərlə təmin olunduq. İndi artıq öz təsərrüfatlarımızı yaratmışıq. Biz də Sizin bu böyük dəstəyinizə uyğun çalışıb öz təsərrüfatlarımızı daha da böyüdəcəyik.

Bizim üçün yaradılmış imkanlara görə Sizə təşəkkür edir və gələcək işlərinizdə yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Vasif Nəsirov və başqalarından.

Azərbaycan Respublikası, Qazax rayonu.