17 sentyabr 2020, 13:00

Qasım Xudaverdiyevdən, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bölgələrdə aparılan abadlıq-quruculuq işləri, çəkilən keyfiyyətli yollar, dəyərli islahatlar daha işıqlı gələcəkdən xəbər verir. Sizin sosial sahəyə dair qərarlarınız, atılan addımlar Azərbaycan vətəndaşının rifahı naminədir.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları da dövlətimizin diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin, həmçinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bu diqqət, bu qayğı xalqa olan dərin məhəbbətin ifadəsidir.

Mən II qrup Qarabağ müharibəsi əliliyəm. Vaxtaşırı ortaya çıxan problemlərimiz də dövlətimizin dəstəyi satəsində öz həllini tapır. Elə bu yaxınlarda evimin təmirinə kömək göstərilmişdir.

Cənab Prezident, xalqımız üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Xudaverdiyev Qasım Sultan oğlu

II qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Neftçala rayonu, Dördlər kəndi.