17 sentyabr 2020, 12:00

Rauf Səfərovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ölkə vətəndaşlarının hüquqlarının qarantı, əhalinin firavan yaşayışının təminatçısısınız. Biz bunu pandemiya dövründə də görürük.

Mən Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektində işləyirəm. Mövcud pandemiya vəziyyəti ilə bağlı həmin obyekt fəaliyyətini dayandırdığından müvəqqəti işsiz qalmışdım. İşləmədiyim dövr ərzində dövlət tərəfindən ayrılan ödəməni iaşə obyektinin müdiriyyəti mənə vermirdi. Sizə müraciətimdən sonra həmin ödəməni ala bildim.

Cənab Prezident, ölkə vətəndaşlarına hər zaman dayaq olduğunuz üçün Sizə minnətdarlığımı bildirirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Səfərov Rauf Namik oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.