Anaxanım Vəliyevadan, Lənkəran, Azərbaycan
16 sentyabr 2020, 16:00
Əziz və mehriban Prezidentimiz.
Torpaqlarımız uğrunda həlak olan şəhidlərimiz Sizin diqqətinizdən heç vaxt kənarda qalmırlar. Biz şəhid ailələri erməni vandalizminin qurbanı olan şəhidlərimizin qanının Sizin sayənizdə yerdə qalmayacağına, günahsız insanların qisasının alınacağına, torpaqlarımızın tezliklə azad olunacağına inanırıq. Mən şəhid həyat yoldaşı olaraq həmişə Sizin diqqətinizdə və nəzərinizdə olmuşam. Sayənizdə istilik sistemi olan, geniş, işıqlı mənzillə təmin olundum. Göstərdiyiniz qayğıya və diqqətə görə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Anaxanım Vəliyeva
Azərbaycan Respublikası, Lənkəran şəhəri, Gərmətük qəsəbəsi.