Fəqan Əzizov və başqalarından, Xaçmaz, Azərbaycan
16 sentyabr 2020, 15:00
Əziz Prezidentimiz.
Biz Xaçmaz rayonu, Xudat şəhəri, “6-cı şöbə” adlanan yaşayış massivinin sakinləri Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya böyük razılıq hissi ilə tükənməz təşəkkürlərimizi bildiririk.
Uzun illərdən bəri içməli su problemindən əziyyət çəkmişik. Sizin vətəndaşlara olan diqqətiniz, gündən-günə artan qayğınızın nəticəsində nəhayət ki, bizim yaşayış massivi içməli su ilə təmin olundu. Dünyada baş verən çətin pandemiya dövründə bizə göstərilən diqqətə görə Sizə və Mehriban xanıma “çox sağ olun” deyirik. Ulu Tanrı Sizləri qorusun.
Cənab Prezident, biz daim Sizinləyik.
Hörmətlə,
Əzizov Fəqan
Xalıqov Ənvər
Əzizov Mirbaba
Muxtarova Esmira
Əzizova Rima
Sərkərova Zenfira
Məmmədov Xanəli
Cəmiyev Eyvaz
Azərbaycan Respublikası, Xaçmaz rayonu, Xudat şəhəri.