16 sentyabr 2020, 14:00

İsmayıl Hacıyevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Erməni silahlı qüvvələrinin hücumu nəticəsində 1993-cü ildə Zəngilan rayonunda yaşayış evlərimizi məcburi tərk edərək Şirvan şəhərində məskunlaşmışıq. Burada 28 saylı Texniki peşə məktəbində ağır şəraitdə 2019-cu ilin dekabr ayının 27-nə kimi yaşamışıq. Həmin gün məcburi köçkünlər üçün tikilib istifadəyə verilən şəhərcikdə bizi 3 otaqlı evlə təmin etdilər. Qəsəbəmiz geniş əraziyə malikdir və rahatlığımız üçün hər şəraiti vardır.

Cənab Prezident, ailəmin və qonşularımızın adından Sizə təşəkkürümüzü bildirirəm. İşğal altında olan torpaqlarımızın azadlığı yolunda əmrinizi səbirsizliklə gözləyirik. Vətən üçün mübarizə aparmaq bizim müqəddəs borcumuzdur.

Hörmətlə,

Hacıyev İsmayıl Ağaməhəmməd oğlu

Zəngilan rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Şirvan şəhəri.