16 sentyabr 2020, 13:00

Sübhan Mirzəyev və başqalarından, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yol infrastrukturunun yaxşılaşdırılmasına xüsusi diqqət göstərməyinizin nəticəsidir ki, bu gün respublikanın bütün şəhər və rayonlarında, ən ucqar kəndlərində müasir beynəlxalq standartlara cavab verən yollar çəkilir, ümumilikdə əhalinin rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində böyük layihələr reallaşdırılır. Hər il yolların tikintisi üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır.

Sabirabad rayonunda bu istiqamətdə böyük işlər görülüb. Çoxlu sayda küçələr təmir edilib, rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Bunun nəticəsində Sabirabadın infrastrukturu yaxşılaşıb və rayonumuz abadlaşıb. Bizim küçədə də asfaltlama işləri aparılıb, sakinlərin rahat gediş-gəlişi təmin edilib. Görülən işlər sakinlərin böyük sevincinə səbəb olub. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Mirzəyev Sübhan Qulam oğlu

Əsədullayev Ramiz Salman oğlu

Mirzəyev Nəzər Nəcəf oğlu

Qurbanov Rafiq Rza oğlu

Əsədov Əyyub Hüseyn oğlu

Mirzəyev Məhəmməd Sübhan oğlu və başqaları (cəmi 22 nəfər).

Azərbaycan Respublikası, Sabirabad şəhəri.