16 sentyabr 2020, 12:00

Arzu Ağalarovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəla ölkəmiz üçün gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirir, yürütdüyünüz siyasətdə yeni uğurlar arzu edirəm.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibə veteranlarına Prezident təqaüdünün təsis edilməsi barədə ötən il imzaladığınız Fərman biz veteranları çox sevindirdi. Bunu müharibə veteranlarına göstərilən böyük diqqət kimi qiymətləndiririk. Həmçinin mövcud çətin şəraitdə, yəni, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə əlaqədar sərəncam və qərarlarınız xalqımızı bu böyük bəladan çox az itki ilə xilas etməkdədir. Bu, bir daha sübut edir ki, Sizin uzaqgörən siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Allah Sizi qorusun.

Hörmətlə,

Ağalarov Arzu Qəhrəman oğlu, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.