Mədinə Əliyevadan, Yardımlı, Azərbaycan
15 sentyabr 2020, 17:00
Möhtərəm cənab Prezident.
Ölkəmizdə aparılan uğurlu siyasətə görə hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə minnətdarlığımı bildirirəm. Siz daim xalqımızın yanındasınız. Ölkəmizdə sosial sahəyə böyük diqqət ayırırsınız. Bunun nəticəsidir ki, vətəndaşlarımızın pensiya, sosial müavinət və təqaüdləri nəzərəçarpacaq dərəcədə artırılıb.
Cənab Prezident, mən yaşa görə sosial müavinət alıram. Sizin apardığınız müdrik siyasət nəticəsində vətəndaşlarımızın həyat şəraiti gündən-günə yaxşılaşır. Mən pensiya və müavinət alan vətəndaşlar adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əliyeva Mədinə Heydər qızı.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Kürəkçi kəndi.