Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 24 may tarixli 1420 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

04 sentyabr 2020, 15:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 208, № 9, maddə 1840) ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 8-ci hissəsi ləğv edilsin və həmin Siyahının “Qeyd”indən “8,” rəqəmi çıxarılsın.

2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1420 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 824) 2.3-cü bəndində “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

3. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 451; 2019, № 1, maddə 82, № 4, maddə 659) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissədə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları” üzrə:

3.2.1. 1.4.1-ci yarımbənddə və 2.6-cı bənddə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

3.2.2. 11.2-ci bənddə “Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin və həmin bənddən “İdarə Heyəti” sözləri çıxarılsın;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği” üzrə:

3.3.1. 1-ci abzasda “10 (on)” rəqəm və sözü “2 (iki)” rəqəm və sözü ilə əvəz edilsin;

3.3.2. 2-ci və 3-cü abzaslarda “6 (altı)” rəqəm və sözü “1 (bir)” rəqəm və sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2020-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10