Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa

30 dekabr 2011, 18:50

Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və Sizin simanızda bütün Kuba xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kuba münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 dekabr 2011-ci il.