10 avqust 2020, 11:30

Yasəmən Fərəcovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən təqaüddə olan tarix müəllimiyəm. Tarixi sevən, öyrədən və daim öyrənən adam kimi deyə bilərəm ki, Azərbaycanın bugünkü uğurlarının əsasını xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, ümummilli liderimiz Heydər Əliyevin siyasəti təşkil edir.

Sizin bu siyasəti uğurla davam etdirməyiniz sayəsində Azərbaycan dünya miqyasında qəbul edilən uğurlara imza atır. Xalqımız Qarabağın da Sizin rəhbərliyinizlə azad ediləcəyinə, o günün uzaqda olmadığına inanır. Xalq Sizinlədir, cənab Prezident.

Hörmətlə,

Yasəmən Fərəcova

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.