10 avqust 2020, 11:15

Firuzə Talıblıdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

"Təhsil millətin gələcəyidir", - deyən Ulu Öndərimizin layiqli davamçısı olan Sizə təhsil sahəsində keçirilən bütün islahatlara görə çox minnətdarıq. Sizin təhsilimizə verdiyiniz önəm göz önündədir. Bu isə biz şagirdləri çox sevindirir. Şəkiyə iyulun 29-da olan səfərinizdən sonra şəhərimizdə 7 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik yeni məktəb binasının inşası ilə bağlı verdiyiniz sərəncam, əlbəttə biz şagirdləri çox sevindirdi. Belə bir məktəbdə təhsil almaq mənim də ən böyük arzum idi. Mənim kimi yüzlərlə şagirdin arzusunu gerçəkləşdirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Talıblı Firuzə Rahib qızı

Şəki şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin şagirdi

Azərbaycan Respublikası, Şəki şəhəri.