10 avqust 2020, 11:00

Ceyhun Mütəllimovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Dövlət işinə nəzarət ümumxalq işidir. Ümummilli liderimiz Heydər Əliyevin bu fikirlərini Siz də daim öz çıxışlarınızda təkrar edir, ictimai nəzarətin vacib olduğunu vurğulayırsınız.

Son zamanlar həyata keçirdiyiniz kadr islahatları xalqın ürəyincədir və ölkədə idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.

Kadr islahatlarını böyük maraqla izləyir və yüksək qiymətləndiririk. Sizin həyata keçirdiyiniz hər islahatı ölkəmizdə yeni dövrün başlanğıcı kimi qəbul edir və Azərbaycanın sürətli inkişafına xidmət etdiyinə əminik.

Xalqımız Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, gördüyünüz işləri yüksək qiymətləndirir. Sizin rəhbərliyinizlə Azərbaycanın müstəqilliyi daha da möhkəmlənəcək və daha da güclənəcək.

Biz Sizinləyik, birlikdə güclüyük.

Hörmətlə,

Mütəllimov Ceyhun İbrahim oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu.