10 avqust 2020, 10:30

Sərhad Məmmədov və başqalarından, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində daim mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda ölkənin əsas yollan ilə yanaşı, qəsəbə və kənd yollarının inşası və yenidən qurulması ilə bağlı işlər yüksək keyfiyyətlə, həm də qısa müddətdə İcra olunur.

Yaşadığımız qəsəbənin yolları uzun illərdən bəri təmir olunmadığından keçilməz vəziyyətdə idi. Tapşırığınıza əsasən yolumuz qısa müddətdə tam keyfiyyətlə təmir olunub istifadəyə verildi. Asfaltlanmış yeni yol qəsəbə sakinlərinə böyük sevinc bəxş etdi.

Bu işlərin pandemiya vaxtı görülməsi isə Sizin düzgün siyasətinizin nəticəsində mümkün oldu. Belə bir dövrdə bizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Sərhad Əsəd oğlu

İbadov Baloğlan Məhərrəməli oğlu

Cabbarova Mirxanım Hüseyn qızı

Azərbaycan Respublikası, Lənkəran rayonu, Gərmətük qəsəbəsi.