08 avqust 2020, 15:00

Məhəmməd Kərimovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda koronavirus infeksiyasına görə mövcud olan epidemioloji vəziyyət bu infeksiyanın qeydə alındığı digər ölkələrlə müqayisədə çox qənaətbəxşdir. Bunun əsas səbəblərindən biri və birincisi, Sizin infeksiya başlamazdan əvvəl qabaqlayıcı tədbirləri tətbiq etməyinizdir. Bunun da nəticəsində ölkəmizdə başqaları ilə müqayisədə ölüm hallarının səviyyəsi aşağı oldu.

Mən də bu qorxulu virusa yoluxanlardan biri idim. Balakən Mərkəzi Rayon Xəstəxanasında yaradılan şərait, həkimlərin diqqət və qayğısı qısa zaman ərzində mənə virusa qalib gəlməyə kömək etdi.

Mənim kimi infeksiyaya tutulan insanlara xidmət edən həkimlər əsl qəhrəmandır. Siz isə həkimlərin qəhrəmancasına işləməsi üçün şərait yaradan, son illər ərzində müasir tibbi avadanlıqları ölkəyə gətizdirən, pandemiyanın ilk günlərindən tədbirlər alan xilaskarsınız. Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Kərimov Məhəmməd Mustafa oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Orta Zəyzid kəndi.