08 avqust 2020, 14:20

Kamil Musayev və başqalarından, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Qəbələ rayonuna növbəti səfəriniz bizlər üçün əsl bayram oldu. Səfər çərçivəsində Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlərlə tanış oldunuz. Körpünün və yolun istifadəyə verilməsi bu ərazilərdə yaşayan 20 min nəfər əhalinin sevincinə səbəb oldu.

Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması 11 yaşayış məntəqəsində yaşayan əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.

Bu diqqət və qayğıya görə Bum qəsəbəsinin bütün sakinləri adından Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Tanrı Sizləri və dövlətimizi qorusun.

Hörmətlə,

Musayev Kamil Kamal oğlu

Qəribov Rəsul Şərəfəddin oğlu

Eldarov Sadəddin Tacəddin oğlu

Bayramov Salman Salam oğlu

Musayev İmran Kamil oğlu

Həsənov Əddin Vəliyəddin oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Uludaş kəndi.